![]() |
![]() American Language Center University of California Los Angeles 10920 Lindbrook Drive Los Angeles, California 90024 USA Telefon: 310.825.9068 Faks: 310.825.6747 Bizimlə Əlaqə Qurun! Məktəbin TəqdimatıAmerika Dil Mərkəzi UCLA Extension-ın bir hissəsidir. O, Los-Ancelesin ən təhlükəsiz yerlərindən birində, UCLA əsas binalarından üç küçə uzaqlıqda, Sakit Okeandan, Hollivud və Beverli Hillsdən 20 dəqiqəlik aralıqda və Disneylend, “Universal Studios” kimi digər məşhur attraksionların yaxınlığında yerləşir.ESL Proqramının Təqdimatı18 yaşında və ondan yuxarı yaşda olan bütün auditoriya üçün tam günlük, intensiv kurslar: akademik, danışıq, peşəkar. Payız, qış və yaz fəsillərində 4 və 10 həftəlik kurslar; Yay zamanı isə 3-, 4-, 6- və ya 12- həftəlik proqramlar. Həmçinin turistlər və peşəkarlar üçün yarım günlük səhər kursları da təqdim olunur.Dərs planına dair Açıqlamalar:Tələbələr həftə ərzindəki 20-23 saatlıq dərs vaxtlarından əlavə dərs təlimatları ilə yanaşı şəxsi elektron ünvanlarını yoxlamaq və ya internetdə axtarışlar aparmaq üçün Amerika Dil Mərkəzinin müasir dil/kompyuter laboratoriyasından gün ərzində pulsuz istifadə edə bilərlər.Kurs müddəti keçirilən əsas dərslərlə yanaşı tələbələrə seçim hüquqlu dərslər də təqdim olunur. Bunlara aiddir: İBT TOEFL-a hazırlıq, İşgüzar İngilis dili və dialektlər, Amerika televiziya və filmlər vasitəsilə, Tələffüzün düzəldilməsi və digər dərslər. Bütün kurslar yüksək şəkildə peşəkar təlim almiş təcrübəli müəllimlər tərəfindən aparılır. Ümumi MəlumatlarESL Tələbələrinin Sayı: 200-400Sinifdəki Tələbələrin Orta Sayı: 17 Həftəlik dərs saatları: intensiv proqramlar üçün 20-23 (yarım günlük kurs üçün 12 saat) Minimal Yaş: 18 I-20-in Təşkili: Bəli Məktəbin Yerləşdiyi yer: Şəhər ətrafı Akkreditasiya: AAIEP Yaşayış imkanlarıAilə ilə qalmaq, yataqxanada qalmaq və ya mənzil kirayə etmək (xərc kurs rüsumuna daxil edilməyib)Dərs cədvəli və RüsumlarCədvəllər, müraciət etmə vaxtı və tariflər haqqında yeni məlumatı öyrənmək üçün vebsaytımıza baş çəkin.Amerika Mədəniyyəti və Danışıq kursu (ACC): həftədə 12 saatACC Birləşmiş Ştatlara ailə və dostlara baş çəkmək, biznes lahiyələri qurmaq və/və ya ABŞ və Cənubi Kaliforniyaya səyahət etmək istəyənlər üçun təşkil olunan yarım günlük kursdur. AAC kurs iştirakçılarına ingilis dilini mükəməlləşdirməklə yanaşı Amerika mədəniyyəti və Cənubi Kaliforniyadakı həyat tərzi haqqında daha ətraflı məlumat əldə etmək imkanını verir. Dərslər 3 hissədən ibarət olub, hər biri 50 dəqiqə müddətində yalnız səhərlər, həftədə dörd gün, Bazar ertəsi-Cümə axşamı daxil olmaqla, üç və ya dörd həftə ərzində keçirilir. Ərizə rüsumu olaraq 150 ABŞ dolları tələb olunur. Bu rüsum 1 il ərzində etibarlıdır və geri qaytarılmır. Tələbə Xidmətləri Rüsumu bütün tələbələr və proqramlar üçün tələb olunur. Qeyd: Bu kurs Birləşmiş Ştatlara təhsil məqsədi ilə deyil, daha çox qısa müddətli turist və ya biznes adamı olmaq məqsədi ilə gəlmək istəyən şəxslər üçündür. Proqram tam təhsil kursunu təşkil etmir və F-1 tələbə vizasını əldə etmək imkanını vermir.
İECP cədvəlinə uyğun tarixlər (yuxarıya bax): Əgər siz bizim proqramlardan hər hansı biri ilə maraqlanırsınızsa və məlumat əldə etmək istəyirsinizsə, zəhmət olmasa bizimlə əlaqə saxlayın!
İnternet saytına baxın American Language Center - University of California Los Angeles və UCLA Extension internet səhifələrinə baxın.
Xüsusi Proqramlar | Proqramı Tapın |
Resurs Təlimatı |
Baş Səhifə
Copyright © 1995-2008 Study in the USA, Inc. All Rights Reserved. Terms of Use/Privacy |
AAIEP Member Program |